Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
"Mingəçevir" 4 oyun idi qələbə üzünə həsrət idi. "İşıqçılar" 23-cü turda doğma meydanda "İrəvan"ı 1:0 məğlub etməyi bacardı.
Azeripress.az saytı olaraq Mingəçevir təmsilçisinin baş məşqçisi Ədəhim Nifrəliyevdən qələbəylə bağlı reaksiya aldıq:
"İrəvan"la oyunda əsas məqsədimiz qol vurub hesabı qorumaq idi. Qələbəyə çox ehtiyacımız vardı. Bizə lazım olan vaciib 3 xalı qazandıq".
Gənc mütəxəssis heyətlə bağlı problemlərdən və qarşıdakı 4 turla bağlı da fikir bildirib:
"Komanda olaraq çox problemlərimiz var. Onlardan da əsası heyətlə bağlı olan çatışmazlığımızdı. Vuran ayağımız yoxdu. Əgər əlimin altında qol silahım olsaydı, bu gün çempionluğa iddialı MOİK, "İmişli", "Qaradağ Lökbatan", "Şamaxı"dan da xal qopara, baş ağrısı olardım. Bundan başqa oyunçularım arasınsa zədə, cəzalı, xəstəliyə görə xidmətindən məhrum olduqlarım da çoxdu. Elə "hərbiçilər"lə matça 4 futbolçum sarı vərəqə limitinə görə cəzalı durumda olduqlarından iştirak sərəncamımda yox idi. Qısası əksər oyunlara yarımcan olaraq çıxmışıq. Buna rəğmən ümidimizi itirmir, məşqlərdə çatışmazlıqlarımızı üzərində çox çalışırıq. Başlıca məqsədimiz çempionadan qalmağımızdı. Hazırda 7-ci piləyə yüksəlsək də, qarşıdakı 4 oyuna maksimum xal toplayıb, mövsümü 6-cı pillədə bitirmək istəyirik".
ABDULLA İSMAYILOĞLU
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...