Əməkdaşlığın əlamətdar istiqamətləri

11:59 09-05-2024 | icon 319
Əməkdaşlığın əlamətdar istiqamətləri

Cari il mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusi diqqətlə qarşılanmışdır. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni perspektivlər açır. Həm siyasi-iqtisadi, həm də enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.

        Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinə işarədir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

        Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və həmin yataqların istismarı artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas qismi Avropaya yönəldiləcəkdir.

       Azərbaycan və Slovakiya arasında iqtisadi münasibətlər energetika, ticarət, eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildiməklə yanaşı Robert Fitso deyib ki, “Kiçik ölkəyik, odur ki, hər zaman bizim fikirlərimizi nəzərə almırlar. Təəssüflər olsun ki, Avropa İttifaqında böyük və balaca ölkələrə bölünmüş bir vəziyyət hökm sürməkdədir. Bunu obyektiv şəkildə etiraf etmək lazımdır. Deməliyəm ki, sizin ölkənizlə bağlı Avropa İttifaqında məsələlər müzakirə olunarkən biz öz mövqeyimizi obyektiv şəkildə bildiririk. Mən bunu cənab Prezidentə də açıq şəkildə dedim ki, biz özümüz də Azərbaycan kimi böyük ədalətsizlik yaşamışıq. Deməli ortaq məqsədlər, obyektiv dost tərəfdaşlığı ortaq əməkdaşlıq istiqamətlərinə də açır.

           Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və onlar yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

Namiq Həsənov,

Cəlilkabad Rayon Mərkəzi Xəstəxanası

Publik Hüquqi Şəxsin direktoru

 

 


Digər xəbərlər

0.35358715057373