Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır

17:53 09-05-2024 | icon 475
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır

          Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə səfəri Azərbaycanın  Avropa ölkələri ilə etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Dövlətimizin inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verir. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biridir. Azərbaycanda son illər əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir.

          Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir. Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır.

         Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir.

         Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və bu ölkələrin sayı daha da artacaq. Əməkdaşlıq əlaqələrinin perspektivinə xidmət edən istiqamətlər aydındır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.

        Keçirilən görüşlərdə Azərbaycanın və Bolqarıstanın dost, strateji tərəfdaş ölkələr olduğu qeyd edilib. Münasibətlərimizin inkişafında həm ikitərəfli səviyyədə, həm də çoxsaylı yüksək səviyyəli səfərlərin və görüşlərin önəmi diqqətə çatdırılıb.

        Həmçinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verəcək bir sıra mühüm sənədlərin imzalanmasının, bolqar iş adamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyəti qeyd olunub. Bolqarıstan Prezidenti Rumen Radev deyib ki, “münasibətlərimiz çox dinamik, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub. Mənə heç də təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Bu gün mən Prezident Əliyevə məlumat verdim ki, biz də öz növbəmizdə institusional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq.

 

  Səxavət İbayev,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Alar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini


Digər xəbərlər

0.27500081062317