Mərkəzi Bankda bank rəhbərləri ilə görüşün detalları açıqlandı
“Valyuta hərraclarının keçirilmə saatında dəyişiklik edilir”.
Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bu gün Mərkəzi Bankda bank rəhbərləri ilə keçirilən görüşün nəticələri ilə bağlı məlumat verərkən deyib.
Onun sözlərinə görə, bundan sonra Mərkəzi Bankda Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərracları saat 11:00-da deyil, 12:00-da baş tutacaq.
“Üzən məzənnə”yə keçidlə əlaqədar bu günə qədər artıq dörd hərrac keçirilib. “Üzən məzənnə” rejimi, onun qaydaları banklar üçün yeni bir rejimdir. Görüşün keçirilməsində məqsəd bu hərraclardan sonra əldə olunan təcrübə və meydana çıxan sualların müzakirəsi idi.
Bu kimi görüşlər il ərzində mütəmadi olaraq keçiriləcək ki, ortaya çıxacaq suallar müzakirə olunsun və sistem daha da təkmilləşdirilsin”, - deyə Z.Nuriyev qeyd edib.
U.A.
-
Azərbaycan neftinin qiyməti 87 dollara çatır
...
-
“Nar” qəbul imtahanının bitməsi münasibətilə abituriyentləri təbrik edir
...
-
Taksilərin qiyməti bahalaşdı
...
-
Milli Mətbuat Günü münasibətilə intellektual yarış keçirildi - Fotolar
...
-
Azərbaycan nefti bu qiymətə satılır
...
-
Azərbaycan nefti 84 dollara satılır
...
-
Neft Emalı Zavoduna yeni direktor təyin olundu
...
-
Azərbaycan nefti 84 dollara satılır
...
-
Taksilərə nəzarət gücləndiriləcək - Layihə qəbul olundu
...
-
Azərbaycan nefti bu qiymətə satılır
...