Mərhum generalın oğlu Xalq artistinin qızı ilə evlənir
Mərhum polis generalı Rasim Musayevin ailəsində toy olacaq.
Oxu.Az Criminal.az-a istinadən xəbər verir ki, generalın oğlu Tərlan Musayev tanınmış tarzan, Xalq artisti Firuz Əliyevin qızı ilə ailə həyatı qurur. Nişan məclisi fevralın 13-də Bakının məşhur şadlıq saraylarından birində baş tutacaq.
F.Əliyevin digər qızı isə müğənni Emil Bədəlovla evlidir.
Qeyd edək ki, T.Musayev Binəqədi Rayon Polis İdarəsində çalışır.
Xatırladaq ki, Rasim Musayev Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.
Rasim Musayevin xahişi nəzərə alınaraq, 2013-cü il yanvarın 21-də daxili işlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. 3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat edib.
A.S.
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...