Siyavuş Novruzov: Heç olmasa, oturduğunuz stula hörmət edin
Millət vəkili Siyavuş Novruzov bəzi deputat həmkarlarını sərt tənqid edib.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, millət vəkili qeyd edib ki, mətbuatda bəzi həmkarları deyirlər ki, Milli Məclis işləmir:
“İşləmirsənsə, niyə buradan əməkhaqqı, mükafat alırsan?! Bizim payız sessiyasında nə qədər qanunlar qəbul olunub. Biz indi neyniyək? Divar hörməliyik? Başqası deyir ki, komanda dəyişməlidir. Komandanın sahibi var. Bu cənab prezidentin komandasıdır. Bu komanda nə qədər işlər görüb. Bunların birinin funksiyasını yerinə yetirə bilərsənmi? İki gün mətbuatda qalmaq üçün belə edirsiniz. Türkiyəyə baxıb coşursunuz.
Biz prezident respublikasıyıq. İcra funksiyasını icra qurumları yerinə yetirir. Yetirməyən isə dərhal həbs edilir. Hər bir insan çıxış edəndə oturduğu stula, heç olmasa, hörmət etsin. Vaxt var idi ki, burada 4 adam bir otaqda otururdu. 8 adama bir telefon düşürdü. Otur işlə. Qanun hazırla və cəmiyyətə təqdim elə. “Biz qabaqcadan demişdik, iki il bundan əvvəl demişdik” deyirsiniz. Nə demişdiniz?! Hamımız burada idik. Hesab edirəm ki, bundan sonra belə məsələlərə yol verməyə ehtiyac yoxdur”.
Bundan əlavə, deputat siyasi partiyaları hesabat verməyə çağırıb:
“Hesabat vermirlər, kifayət qədər cangündənləri, işçiləri var. Təbii ki, onlar hava ilə dolanmırlar”.
E.Ə.
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...